AVTO

16 Avqust

Elektrikli avtomobillərin satışları 21% artıb

2024-cü ilin iyul ayında dünya üzrə elektrikli avtomobillərin satışları keçən ilin eyni dövrü ilə müqayisədə 21% artmışdır.

Finss.az xəbər verir ki, bu məlumatı Britaniyanın Rho Motion tədqiqat şirkəti yayıb. Bildirilir ki, iyul ayında 1,4 milyon elektrikli avtomobil satılıb. Çində satışlar 31% artıb, Avropada isə tələb 8% azalıb. Ümumi satış həcminin 5 milyonunu Çin təşkil edir, 1,7 milyon Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası və Böyük Britaniyada, 1 milyon ABŞ və Kanadada və 700 min digər ölkələrdə satılıb.

Tam elektrikli avtomobillərin dünya üzrə satışların 65%-ni, hibrid avtomobillərin isə 35%-ni təşkil edir.