AVTO

16 Avqust

Yenilənmiş BMW 1 Series: Xarici görünüşdə dəyişiklik, içəridə texniki məyusluq

BMW yeni 1 Series hetçbekinin dördüncü nəslini təqdim edib və yenilənmiş model əvvəlki nəslin dərin modernləşdirilməsi nəticəsində yaradılıb.

Finss.az xəbər verir ki, 1 Series hetçbekində həm ön, həm də arxa hissələrində ciddi dəyişikliklər var. Ön tərəfdə yeni fənərlər və iri hava girişləri, arxa tərəfdə isə dəyişdirilmiş fənərlər və bamper yerləşir.

Avtomobilin daxili yenilənərək, yeni birləşdirilmiş panel, daha az düymə və müasir BMW OS 9 sistemi ilə təchiz olunub. Baqaj həcmi 380 litrdən 1200 litrə qədər artırıla bilər. Texniki yeniliklərə gəldikdə isə, mexaniki transmissiyadan imtina edilib və bütün modellər yeddi pilləli “robot” transmissiya ilə təchiz edilib.

Əsas benzinli variant 1,5-litrlik mühərriklə təchiz olunmuş BMW 120 modelidir. Ən güclü versiya isə tam ötürməli BMW M135 xDrive modelidir və o, 306 at gücünə malikdir. Almaniyada BMW 1 Series hetçbeklərinin satış qiymətləri 37,900 avrodan başlayır, top versiya isə 56,200 avroya başa gəlir.

Fuad Mədətov
Finss.az