Bu mövsüm "Ford" 800 at gücünə malik V8 mühərriki ilə təchiz olunmuş ən güclü "Mustang" modeli olan GTD sportkarını təqdim edib.
Finss.az xəbər verir ki, "Mustang GTD" Le Manın 24 Saatı yarışında iştirak edən "Mustang GT3" avtomobilinin homologasiya versiyasıdır və adaptiv asqı, aktiv aerodinamik elementlər və xüsusi kompressorlu mühərrik ilə təchiz olunub. Bu modelin arxa asqısı xüsusi dizayna malikdir və iki yaya sahib olan amortizatorları arxa təkərlər arasında yerləşir. Track rejimi seçildikdə, yaylardan biri sıxılaraq avtomobilin kuzovunu 40 millimetr aşağı salır və daha sərt yaylar aerodinamik ilişməni yaxşılaşdırır. Unikal xüsusiyyətlərindən biri də salonda yerləşdirilmiş pəncərədir, bu pəncərə sayəsində sürücü və sərnişin arxa asqının işləməsini müşahidə edə bilir. Bu pəncərə 61 x 25 santimetr ölçüdə və cızıqlara davamlı polikarbonatdan hazırlanıb.
Fuad Mədətov
Finss.az