AVTO

12 Avqust

Acura yeni krossover modelini təqdim etdi

Honda'nın sahibi olduğu Yapon markası Acura, yeni bir krossover modelini təqdim etdi. Rəsmi məlumatlar hələ ki, məhduddur, amma modelin qısa müddət içində Monterey Car Week tədbirində konsept olaraq tanıdılacağı bildirilib. Yeni krossoverin adı isə hələlik sirr olaraq qalır.

Finss.az xəbər verir ki, tanıtım, avtomobilin xarici görünüşünü qismən nümayiş etdirən bir teaser ilə həyata keçirilib. Teaserə əsasən, yeni model parlaq mavi rəngdə və coupe tərzində bir krossover olacaq. İstehsal versiyasının, təqdim ediləcək konseptə əsaslanaraq 2025-ci ildən təqdim ediləcəyi gözlənilir.

Teaserda avtomobilin arxa hissəsi, meylli arxa şüşəsi və "heykəltəraşlıq" tipli yük qapısı və arxa qanadları görünür. Bundan əlavə, markanın adının işıqlı şəkildə yazıldığı və üst hissəsi davamlı qırmızı zolaq, alt hissəsi isə nazik şaquli xətlərdən ibarət arxa işıq detalları diqqət çəkir.

Gələcək Acura krossoveri tamamilə elektrikli olacaq və bu model, Honda'nın yeni elektrikli avtomobillər üçün inkişaf etdirdiyi platformadan istifadə edən ilk istehsal modeli olacaq. Ancaq, avtomobilin texniki detallarına dair hələlik məlumat yoxdur.

İstehsal, Ohio’dakı modernləşdirilmiş zavodda həyata keçiriləcək. Bu zavod, Şimali Amerika bazarı üçün Yapon markalarının elektrikli avtomobillərini istehsal edən əsas mərkəz olacaq. Yeni modelin istehsal tarixi isə hələ açıqlanmayıb və indilik model Acura Performance EV olaraq adlandırılır.

Eyni zamanda, Acura mövcud modellərinə də diqqət yetirir. Son olaraq, yeni radiator grili, fərqli jant seçimləri və yenilənmiş daxili məkan ilə yenilənmiş RDX krossoveri təqdim edilib. Texniki xüsusiyyətlərdə isə hər hansı bir dəyişiklik edilməyib.