AVTO

09 Avqust

Polestar PHEV Trendi ilə Çin bazarına yönəlir

Dünyada elektrik avtomobil satışları azalsa da, plug-in hibridlər (PHEV) bazarının genişlənməsi davam edir. Bu dəyişikliklər istehsalçıları tam elektrik planlarını PHEV modelləri ilə əvəz etməyə vadar edir. "Polestar" da bu yeni tendensiyaya qoşulmaq niyyətindədir.

Finss.az xəbər veriir ki, Automotive News Europe-a müsahibəsində "Polestar"ın texniki direktoru Lutz Stiegler, markanın digər "Geely" markalarından fərqlənəcəyini vurğulayıb. O, "Polestar"ın "Smart" və "Zeekr"dən fərqli olaraq, Çində PHEV modelləri ilə məhsul çeşidini genişləndirmək qərarına gəldiyini bildirib. Stiegler, son dövrlərdə PHEV satışlarının artdığını, lakin "Polestar"ın bu sahədəki iştirakının Çinə xüsusi olduğunu qeyd edib.

Stiegler əlavə edib: ""Polestar" elektrik avtomobilləri istehsal etmək üçün yaradılıb. PHEV-lərlə başladıq, amma bunun istehsal edəcəyimiz son PHEV olacağını bilirdik. Lakin zaman dəyişir və Çində bu vəziyyət fərqli ola bilər. Hal-hazırda yeni bir PHEV modeli təqdim etməyi düşünmürük, amma gələcəkdə bu ehtimalı tamamilə istisna etmirik."

Çində ilin birinci yarısında 1,92 milyon PHEV modeli satılıb, bu isə ötən illə müqayisədə 85 faiz artımı göstərir. Rəsmi məlumatlara görə, PHEV modelləri yeni enerji daşıyıcıları bazarının 39 faizini əhatə edir. Bu nəticələr, PHEV-lərin bazar tələblərinə uyğun olaraq artmaqda olduğunu təsdiqləyir.