AVTO

08 Avqust

İlon Mask Trampın elektrik avtomobilləri ilə bağlı fikrini dəyişib

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, 5 noyabr seçkiləri ərəfəsində fikirlərini dəyişdirərək, elektrik avtomobillərini dəstəkləmək məcburiyyətində qaldığını bildirib. Bu dəyişiklikdə Tesla, SpaceX və X kimi şirkətlərin sahibi İlon Maskın güclü dəstəyinin böyük rolu olduğunu vurğulayıb.

Finss.az xəbər verir ki, Corciya ştatının Atlanta şəhərində seçki kampaniyası mitinqində çıxış edən Tramp, Maskın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib. Tramp, "Mən elektrikli avtomobillərin tərəfdarıyam. Olmalıyam, çünki bilirsiniz ki, Elon məni çox güclü dəstəklədi. Ona görə də seçimim yoxdur," deyə bildirib.

Ötən həftələrdə Respublikaçılar Partiyasının Milli Konqresinin yekun nitqində Tramp, avtomobil sənayesi ilə bağlı fikirlərini ifadə edərək, yaşıl enerji planlarına son qoyacağını və yollar, körpülər kimi real layihələrə trilyonlarla dollar xərcləyəcəyini qeyd etmişdi.