Ortaqlığı rəsmən elan edən üçlü qrup xoşməramlı müqavilə imzaladıqlarını açıqlayıb.
Fins.az xəbər verir ki, hər üç marka elektrik avtomobil istehsalı, təkmilləşdirmə və proqram təminatı layihələrində birlikdə çalışacaq. "Mitsubishi Motors"-un aktiv baş direktoru Takao Kato mövzu ilə bağlı aşağıdakı açıqlamaları verib:
"Biz "Nissan" və "Honda" arasında tərəfdaşlıqda iştirak etmək qərarına gəldik. Tərəfdaşlıq məsələsi sənayenin hazırkı vəziyyətində böyük əhəmiyyət kəsb edir. Avtomobil sənayesi sürətli texnoloji dəyişikliklərə məruz qalır. İnanırıq ki, tərəfdaşlarımızla elektrikləşdirmə və süni intellekt kimi məsələlər barəsində yeni imkanları araşdıra bilərik."