AVTO

23 İyul

Xiaomi 1548 at qüvvəli elektromobili nümayiş etdirib

Xiaomi dünyanın ən sürətli elektromobillərindən biri olduğunu iddia etdiyi SU7 Ultra konseptini təqdim edib. O, SU7 seriya sedanına əsaslanır və ümumi sahəsi 15 km2 olan 24 hissədən ibarət karbonplastikdən kuzova malikdir. Elektrokarın çəkisi 1900 kq-dır.

Fins.az xəbər verir ki, eyni zamanda, onun üçmühərrikli elektrik güc qurğusu və 900 volt gərginliklə işləyən CATL Kirin II batareyası var.

Prototip iki HyperEngine V8s və bir V6s elektrik mühərriki ilə təchiz edilib. V8s mühərrikinin hər biri 578 at qüvvəsi və 635 Nm fırlanma anı,  V6s mühərriki isə, 374 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir. Ümumi hasilat fırlanma anı olmadan göstərilir - 1548 at qüvvəsi.

Batareyanın tutumu da məlum deyil. Yalnız onun 1330 kVt-a qədər enerji ötürə biləcəyi və 5,2C cərəyanla doldurmanı dəstəklədiyi bildirilir. SU7 Ultra  100 km/st həddinə 1,97 saniyəyə, 200 km/st-a - 5.96 saniyəyə, 300 km/st-a isə, 15.07 saniyəyə toplayır. Maksimal sürət - 350 km/st-ın üzərindədir.

Kaira Ağayeva

Fins.az