AVTO

23 İyul

Yeni Jeep Wagoneer S-in qiyməti düşündürür

"Jeep Wagoneer S" "Jeep" brendinin ABŞ bazarındakı ilk elektrik ofrouderidir və "Stellantis" konserninin "STLA Large" arxitekturasına əsaslanır, o cümlədən 100,5 kWh batareyaya sahib olan bu model, sürətli terminaldan 23 dəqiqəyə 20%-dən 80%-ə qədər şarj olunur.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, "Wagoneer S" 608 at gücündə ikimühərrikli güc qurğusu ilə 100 mil/saat sürətə 3,4 saniyəyə çatır. Model, ölçülərinə görə "Grand Cherokee"yə yaxındır, lakin daha dinamik və bahalı görünüşə malikdir. Eksteryer dizaynı "Range Rover" ofrouderlərini xatırladır və aerodinamik müqavimət əmsalı 0,29-dur.

Salonda dörd taçskrin, 19 dinamikli McIntosh audiosistemi, çoxfunksiyalı sükan və açılan panoram dam var. Hərəkət rejimləri və elektron köməkçilər dəsti ilə təchiz olunub. Sifarişlər artıq qəbul edilir və 136,000 AZN-dən satışlar 2024-cü ilin payızında başlayacaq. "Wagoneer" ailəsinə daha öncə debüt edən "Wagoneer", "Grand Wagoneer", "Wagoneer L" və "Grand Wagoneer L" modelləri daxildir.

Fuad Mədətov
Fins.az