AVTO

19 İyul

Yeni BMW M4 GT3 Evo-nun qiyməti açıqlanıb

"BMW M4 GT3 Evo" yeni təkmilləşdirmələr paketi ilə debüt edib və bu paketə yüngül qoruyucu örtük, yeni güzgülər, geniş tənzimlənən antiqanad və böyük hava girişləri daxil edilib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki. avtomobil 590 at gücündə 3,0-litrlik tvin-turbo mühərriklə təchiz olunub və 578 min avroya satılır.

Yeni model, "ADAC RAVENOL 24h" Nürburqrinq yarış marafonu ərəfəsində təqdim edilib və yarış komandaları ilə əməkdaşlıq şəraitində hazırlanıb. Şassi yüngül xüsusi örtüklə üzlənir və avtomobil kiçik güzgülər, böyük hava girişləri və geniş tənzimlənən antiqanad ilə təchiz olunub.

Ön və arxa köndələn dayanıqlıq stabilizatorları, böyüdülmüş əyləc diskləri, yenidən sazlanmış differensial və tamamilə yenilənmiş optika daxildir. Salonda tənzimlənən ön splitter, trəkşn-kontrol sistemi və "BMW M Track Cockpit" bort kompüteri var. Sükan "Fanatec" ilə əməkdaşlıqda hazırlanıb və yarış simulyatorları ilə uyğundur.

"M4 GT3 Evo", "M8 GTE" modelindən götürülmüş "Xtrac" sekvental ötürmələr qutusuna sahibdir. Avtomobilin kuzovu tamamilə karbonplastikdən hazırlanıb, makrolon polikarbonat şüşə və güclü iqlim qurğusu ilə təchiz olunub.

Fuad Mədətov
Fins.az