AVTO

18 İyul

Yeni Volkswagen Transporter-inqiymətləri və detalları açıqlanıb

"Volkswagen" yeni nəsil "Transporter" modelinin bəzi təfərrüatlarını açıqlayıb.

Fins.az xarici mətbuata istiandən xəbər verir ki, modelin ID.Buzz elektrik miniveni üslubuna malik olduğu məlumdur. Furqonun ilkin qiyməti 43,800 avro, minivenin isə 48,400 avrodur.

Yeni Transporter ölçüləri böyüyüb: adi versiya 5,8 kubmetr, geniş təkər bazası və hündür damlı versiya isə 9 kubmetr yük daşıya bilir. Maksimum yükgötürmə qabiliyyəti 1,33 ton, qoşqu çəkisi isə 2,8 tondur.

Salonda 12,3 düymlük rəqəmsal cihazlar paneli, 13 düymlük media sistemi, yenilənmiş sükan və simsiz enerji doldurma sistemi mövcuddur. Oturacaqlar parça və ya süni dəri ilə üzlənə bilər.

Transporter, Ford Transit ilə unifikasiya edilərək, 170 at gücündə dizel, 233 at gücündə plagin hibrid və 286 at gücündə tam elektrik aqreqatları ilə təchiz olunub. Altı pilləli mexaniki və səkkiz pilləli avtomatik transmissiya mövcuddur.

Tam debüt Almaniyada keçiriləcək Beynəlxalq Avtomobil Sərgisində olacaq və satışlar 2025-ci ilin birinci rübündə başlayacaq. Sifarişlər artıq qəbul edilir.

Fuad Mədətov
Fins.az