AVTO

15 Mart

\"Nissan\" məlumat oğurluğu ilə sarsılıb

Avstraliya və Yeni Zelandiyada fəaliyyət göstərən Nissan-ın Okeaniya filialı böyük məlumat oğurluğu hadisəsi ilə üzləşib. İddialara görə, bu halda 100 mindən çox müştərinin şəxsi məlumatları bədxahların əlinə keçib. Bölgədə böyük şok yaradan bu vəziyyət digər avtomobil istehsalçılarını da hərəkətə keçirib. Kiber tədbirlərin ən yüksək səviyyəyə qaldırıldığı deyilsə də, bu sahədə cəzaların artırılması da gündəmdədir. 

Fins.az xəbər verir ki, hücumun 2023-cü ilin dekabrında həyata keçirildiyi müəyyən edilib. Məsələ ilə bağlı verdiyi açıqlamada Nissan rəhbərliyi bütün müştərilərindən üzr istədiklərini və yaranmış narahatçılığın aradan qaldırılması üçün əllərindən gələni edəcəklərini bildiriblər. Hadisənin səbəbkarı kimi Akira adlı haker qrupu göstərilir.

Son zamanlar məşhurlaşan qrupun daha geniş miqyaslı kiberhücum edəcəyindən ehtiyatlanır. Qrup daha əvvəl Stenford Universitetinə haker hücumu həyata keçirmişdi. Həmçinin məlum olub ki, Akira da oğurlanmış məlumatları öz saytında dərc edib

Uğursuz hadisədə 4 minə yaxın sağlamlıq kartı məlumatının oğurlandığı təsbit edilərkən, təxminən 7 min sürücü sənədi və 200 pasport məlumatına da əl qoyuldu. Onların maaşları və biznes fəaliyyətləri də daxil olmaqla, olduqca kritik məlumatlarından bəziləri açıqlanıb. Oğurlanan məlumatların ümumi ölçüsünün ilkin olaraq 100 GB olduğu müəyyən edilib. Bu vəziyyətə üsyan edən müştərilər bir araya gələrək bütün hüquqlarını, o cümlədən hüquqi yollarla müraciət edəcəklərini bildiriblər. Zərərçəkənlərə müxtəlif təzminatların verilə biləcəyi iddia edilir.

Günel Məlikzadə
Fins.az