ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın Avropadakı ilk avtomobil fabrikinin yerləşdiyi Grünheide bölgəsinin sakinləri fabrikin genişləndirilməsi planına qarşı çıxıblar.
Fins.az xəbər verir ki, Almaniyanın Brandenburq əyalətinin Qrünheide bölgəsində yaşayan insanlardan yerli hakimiyyət orqanları Teslanın 160 hektar meşə sahəsini əhatə edən “giqa fabriki” nin genişləndirmə planını təsdiq edib-etmədiklərini soruşub.
Əhali məcburi olmayan səsvermədə iştirak edib.Bölgə sakinləri 3 min 499-u genişləndirmə planına qarşı çıxdığı halda, 1882-si planı dəstəkləyib. İlon Maska məxsus Tesla anbarlar inşa etməyi planlaşdırırdı.
Tesla'nın sözügedən planın təxminən 250 dekar meşə sahəsinin kəsilməsinə səbəb olacağı iddia edilir. Obyektin su tələbinin sıx olması son 5 ildə quraqlıqdan əziyyət çəkən bölgədə yaşayanlar üçün çətin vəziyyət yaratsa da, sözügedən genişləndirmə planının “su mühafizə zonası”na da mənfi təsir göstərəcəyi bildirilir.
Günel Məlikzadə
Fins.az