AVTO

31 Yanvar

BYD gəlirləri ilə rekord qırıb

2023-cü ilin sonlarına doğru Türkiyədə rəsmi satışlarına başlayan BYD gəlir hesabatını paylaşıb. Keçən il şirkətin mənfəəti iki dəfə artsa da, onun xalis mənfəəti diqqətəlayiq 86 faiz artıb. 

Fins.az xəbər verir ki, BYD elektrikli avtomobillərinin artan satışları sayəsində 2023-cü ildə gözlənilməz rəqəmlər əldə etdi. Çindəki son maliyyə hesabatına görə şirkət 2023-cü ildə xalis mənfəətinin 4 milyard dollar ətrafında olacağını ifadə etdi. Bu, əvvəlki illə müqayisədə 86 faiz artımdan xəbər verir.

BYD-nin keçən il elektrikli avtomobil satışları həm Çində, həm də qlobal bazarlarda əhəmiyyətli səviyyələrə çatdı. Şirkət 2022-ci ildə xalis mənfəətində 446 faiz artım gördü və 2,3 milyard dollar olduğunu bildirdi. Bu artım ötən il də eksponent olaraq davam edib.

BYD mənfəət artımını qlobal genişlənmə və Avropa kimi əsas bazarlarda artımla əlaqələndirir. Şirkət həmçinin tədarük zənciri xərclərinin azalmasına diqqət çəkərək qlobal bazarda mövqeyini gücləndirib.

BYD-nin ən böyük rəqibi olan Tesla daha təvazökar rəqəmlər qeyd etdi. İlon Maskın şirkəti 2023-cü ildə 19,4 faiz xalis mənfəət artdığını bildirdi.

Qeyd edək ki, BYD qlobal elektrik avtomobil bazarında birincidir. Bütün il ərzində Çin şirkətinin ümumi satışları təxminən 60 faiz artaraq 3,02 milyon ədədə çatıb.

Günel Məlikzadə
Fins.az