Çinin elektrikli avtomobil istehsalçısı BYD (Arzularını Yarat) Avropadakı mövcudluğunu artırmaq üçün bir sıra addımlar atır. Avtomobil şirkəti ölkəmiz bazarına da daxil olacaq BYD Seal U DM-i modelini dünya bazarı üçün təqdim edib.
Fİns.az xəbər verir ki, yeni BYD modeli Türkiyədə tam elektriklə deyil, təkrar doldurulan hibrid versiyası ilə peyda olacaq. İyun ayında Türkiyədə satışa çıxarılacaq model D Class SUV kimi görünür. Ən önəmli detallardan biri də modelin Avropadan əvvəl Türkiyədə çıxış etməsidir.
BYD modelinin texniki xüsusiyyətlərinə nəzər saldıqda onun 72 kVt 1,5 litrlik benzin mühərriki və 145 kVt elektrik mühərriki olduğunu görürük. Avtomatik transmissiyalı avtomobil 18,3 kVt/saat Blade akkumulyatoruna malikdir. Bu batareya orta hesabla 80 km elektrik məsafəsi təklif edir. O qədər ki, şəhərdə sürərkən bu məsafə 110 kilometrə çata bilər.
"Okean Estetikası" adlı dizaynı olan BYD modeli dizayn adını interyerindəki LED dizaynından götürüb. O, 0-dan 100 km/saata 9,1 saniyəyə sürətlənir. Bundan əlavə, model WLTP normalarına uyğun olaraq 100 kilometrə 0,9 litr yanacaq. Modelin Türkiyədəki qiyməti ilə bağlı hələlik məlumat yoxdur. Lakin Çində 22 295 dollara satışa çıxarılıb.
Günel Məlikzadə
Fins.az