İlin sonuna yaxınlaşdıqca, nəhəng avtomobil istehsalçıları bütün dünyada geri çağırış bildirişləri verməyə başladılar. Toyota ötən gün 100 milyon avtomobil üçün xəbərdarlıq edərkən, Hondadan da oxşar bir açıqlama gəldi. Yapon şirkəti Accord və Civic də daxil olmaqla 4,5 milyon modeli geri çağırıb.
Fins.az xəbər verir ki, şirkət 2020 və 2021-ci illərdə oxşar problemə görə ABŞ-dakı modellərini geri çağırıb. Bununla belə, yeni bəyanat qlobal modelləri əhatə edir. Honda-nın fikrincə, nasosda yaranan problem yanacaq axını kəsə və sürərkən mühərrikin dayanmasına səbəb ola bilər.
Windows Mixed Reality platforması rəsmi olaraq bağlanır. Microsoft virtual və əlavə reallıq eynəklərinə dəstəyi dayandırır.
ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) təqdim edilən sənədlərdə Honda, dilerlərin nasaz yanacaq pompası modulunu pulsuz əvəz edəcəyini bildirdi . Avtomobil sahibləri geri çağırma ilə bağlı bildirişləri fevral ayında almağa başlayacaqlar.
Accord, Civic, CR-V və Odyssey kimi məşhur modellər də daxil olmaqla, 2018-2020-ci illərdəki avtomobillərin bu səhvdən təsirləndiyi bildirilir . Honda və Acura modellərinin geri çağırılmanın bir hissəsi olacağı açıqlanıb. Honda nasazlıqların qarşısını almaq üçün yeni nasosun yenidən dizayn edildiyini açıqladı.
Bu xəta nəticəsində xəsarət və ya qəza qeydə alınmayıb. Bununla belə, şirkət 2018-ci ildən bəri yanacaq nasosu problemi ilə bağlı 4 mindən çox şikayət daxil olduğunu bildirib.
Günel Məlikzadə
Fins.az