AVTO

21 Noyabr

Avropanın bestseller siyahısında müsabiqə davam edir! Dacia Sandero yoxsa Tesla Model Y?

Avropa Birliyinin oktyabr ayı satış hesabatı gəlib.

Fins.az Automotive News Europe-un Dataforce ilə birlikdə hazırladığı hesabata görə istinadən xəbər verir ki, Dacia Sandero keçən ay Avropada ən çox satılan model olub. Bu, Sandero-nun son 10 ayda üçüncü liderliyidir.

Sandero keçən ay satışlarını  38% artıraraq liderliyi ələ keçirdi. Uzun müddətdir yarışdığı Tesla Model Y yalnız 24-cü yeri tuta bildi.

Bununla belə,  Teslanın Model Y satışları keçən ay azalmaya baxmayaraq, keçən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə artıb. 

Sandero-nun oktyabrda ən şiddətli rəqibi Renault Clio oldu. Oktyabr ayı fransız istehsalçısı üçün kifayət qədər məhsuldar olmuşdur.

Bürünc medal Toyota Yaris Cross-a verilib. Ardıcıl ikinci ay ilk üçlükdə yer alan model  Clio ilə cəmi 99 ədəd fərqə malikdir. Yaris Cross-un ümumi satışları 27 faiz artaraq 14 435 ədədə çatıb.

Yaris Cross-u Peugeot 2008  və Citroen C3 yaxından izləyir. Bu üçü arasında təxminən 361 vahid fərq var.

Oktyabr ayında satışlarını ən çox artıranlar arasında Fiat Panda 30 faiz, Kia Sportage 27 faiz və Audi A3 21 faiz olub.

Günel Məlikzadə
Fins.az