AVTO

11 Avqust

Türkiyənin Türkmənistana avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlanıb

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Türkmənistana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 41 % artıraraq, 25,9 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyul ayında Türkiyə Türkmənistana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 52,2 % artıraraq, 4,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 % artaraq, 20,1 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə, 33,2 %çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 33,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.