Dacia-nın mini sinif elektrik avtomobili Spring 875 min TL başlanğıc qiyməti ilə Türkiyə yollarına çıxmağa hazırlaşır. Kiçik ölçüləri ilə şəhər həyatının ehtiyaclarına cavab verən Spring sıfırdan 50 kilometr sürətə 3,9 saniyəyə çata bilir.
Fins.az "Dünya Gazetesi"ne istinadən xəbər verir ki, ilk elektrik Dacia kimi damğasını vuran kiçik sinif elektrik Spring indi Türkiyədədir.
Satışlarına 875 min TL başlanğıc qiyməti ilə başlayan Spring, elektrikli avtomobilləri demokratikləşdirməklə yanaşı, elektrikli avtomobillərin də ucuz ola biləcəyini izah edir. Kiçik ölçüləri ilə şəhər həyatının ehtiyaclarına cavab verən "Spring"i sadə avtomobilləri sevənlər, elektrikli avtomobil almağı düşünənlər və ikinci avtomobil axtaranlar sırasına daxil ola bilər.
Zəminə Hüseyn
Fins.az