Türkiyənin elektrik avtomobil modeli olan Yeni Dacia Spring Türkiyədə 875 min TL-lik xüsusi satış qiyməti ilə satışa çıxarılıb.
Fins.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, yeni Dacia Spring, Türkiyəyə 100 % elektrikli avtomobil təcrübəsini gətirməklə yanaşı, dünya lansmanı ilə qısa müddətdə ən populyar elektrik modellərindən birinə çevrilib.
Bundan əlavə, Yeni Dacia Spring istifadəçilərə təqdimat ayı üçün xüsusi olaraq ilk texniki qulluq hədiyyəsi ilə təklif olunur.
Dünya bazarına çıxdıqdan sonra 110.000-dən çox sifariş alan Yeni Dacia Spring, 2022-ci ildə Avropada fərdi istifadəçilər üçün ən çox satılan üçüncü elektrik avtomobili olaraq uğurunu taclandırıb.
Yeni Dacia Spring həmçinin Avropa AUTOBEST münsiflər heyəti tərəfindən "Avropanın ən yaxşı avtomobili 2022" mükafatına layiq görülüb.
Zəminə Hüseyn
Fins.az