ABŞ-da yeni avtomobil satışları güclü tələb və təkmilləşdirilmiş təchizat şərtləri ilə artıb.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, ABŞ-da avtomobil satışları iyun ayında sona çatan rübdə keçən ilin eyni dövrünə görə 18,2% artaraq 4.116.600 çatıb.
General Motors ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 19 % artımla 691 min 978 ədəd oldu.
Toyota Motorun Şimali Amerika bölməsi də eyni dövrdə 7,13 % artımla 568 962 avtomobil satıb. Təkcə iyun ayına baxıldığında satışlar 14,9 % artaraq 195 min 448 ədəd oldu.
Zəminə Hüseyn
Fins.az