AVTO

06 İyul

Almaniya avtomobil sənayesində iş perspektivləri böhran səviyyəsində

Rekord mənfəətə və artan bazara baxmayaraq, Alman avtomobil istehsalçıları və təchizatçılarının gələcək aylar üçün iş perspektivləri iyun ayında 2008-ci il maliyyə böhranından bəri ən aşağı səviyyəyə düşüb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Qərargahı Münhendə yerləşən İqtisadiyyat Araşdırmaları İnstitutunun (İFO) Biznes Mühiti Araşdırmasının nəticələrinə görə, Almaniya avtomobil sənayesinin may ayında 28,4 bənd olan cari vəziyyət indeksi iyunda 8,9 bənd artaraq 37,5 bənd olub.

Sektorun gələcək aylar üçün iş gözləntiləri mənfi 10,3 bənddən mənfi 56,9 bəndədək azalıb.

Alman avtomobil istehsalçıları inflyasiya təzyiqləri, Avropada yavaş iqtisadi artım və Tesla ilə yanaşı Çin avtomobil istehsalçılarının rəqabəti ilə üzləşirlər.

Zəminə Hüseyn
Fins.az