AVTO

25 İyun

Lexus GX ofrouderi debüt edib

İyirmi bir ildir ki, Lexus GX ofrouderinin tarixi Toyota Land Cruiser Prado modeli ilə ayrılmaz şəkildə bağlıdır, lakin üçüncü nəsil premium ofrouderi utilitar həmkarından daha əvvəl debüt edib. 

Yeni GX ofrouderi sələfindən xeyli böyükdür. Onun uzunluğu 70 millimetr (5005 millimetr), eni - 95 millimetr (2117 millimetr), təkər bazası isə 60 millimetr uzadılıb. Oforuderin hündürlüyü də 60 millimetr artırılıb. Modifikasiya çeşidinin zirvəsində 33 düymlük “palçıq” şinləri, altlığın alüminiumdan müdafiə lövhələri və rənglənməmiş plastikdən kuzov dəsti ilə təchiz edilmiş Overtrail+ zavod ofroud versiyası yerləşir.

Toyota səkkizsilindrli mühərriklərdən imtina edir və Lexus GX modeli də istisna deyil. 4,6-litrlik atmosfer mühərrikini Land Cruiser 300 modelindən tanış olan, 354 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik "biturboaltılıq"  əvəz edib. Ötürmələr qutusu da yenidir: arxaik 6-pilləli “avtomatı” 10-pilləli versiya əvəzləyib.

Yeni Lexus GX 2024-cü ilin əvvəlində satışa çıxarılacaqdır. Yeni ofrouder sələfi kimi Yaponiyada, Toyota konserninin Taharadakı zavodunda yığılacaqdır. Qiymət hələlik açıqlanmayıb, lakin amerikalı jurnalistlər hesab edirlər ki, yeni Lexus GX modelinin qiyməti 60 min dollardan başlayacaqdır.

Leyla Fikrətqızı 
Fins.az