AVTO

24 İyun

Peugeot 408 Türkiyədə \"İlin Dizaynı\" seçilib

Türkiyədə Avtomobil Jurnalistləri Dərnəyi (OGD) tərəfindən bu il 8-ci dəfə keçirilən “İlin avtomobili” müsabiqəsində “İlin dizaynı” mükafatını PEUGEOT 408 qazanıb. 

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqdim edildiyi ilk gündən böyük diqqət çəkən və PEUGEOT-un C seqmentində SUV kodları ilə  fastback formasında olan yeni 408, göz oxşayan dizaynı və yenilikçi yanaşması ilə bu yarışda ən dəyərli mükafatlardan birini  Beynəlxalq Red Dot Dizayn Mükafatını qazandı.

Sektor rəsmilərindən Gülin Reyhanoğlu, "2023-cü ilin mart ayında Türkiyədə satışa çıxardığımız PEUGEOT 408 bu qısa müddət ərzində 3000-ə yaxın müştəri ilə görüşdü və qısa müddətdə 27 min səs topladı və gələcək planlarımızı yenidən nəzərdən keçirməyə imkan verdi. Sıx tələb və maraqdan sonra fastback dizaynlı C-SUV-da yeni 408 üçün ilk mərhələdə qoyduğumuz 2023-cü il üçün hədəfimizi artırdıq” deyib.

Leyla Fikrətqızı
Fins.az