AVTO

22 İyun

\"Tesla\" səhmləri 2020-ci ildən bugünə ən güclü qazancı əldə etmək yolundadır

"Tesla"-nın elektrik avtomobili şarj şəbəkəsindən istifadə etmək üçün rəqibləri "GM", "Ford" və "Rivian" ilə əməkdaşlıq sayəsində Maskın şirkətinin səhmləri aprelin sonundan bəri təxminən 60% bahalaşıb.

Fins.az xəbər verir ki, eyni zamanda "Tesla" Texas ştatının şirkətin şarj alətlərini sənaye numünəsi kimi təsdiq etdiyindən sonra daha bir qələbə qazandı. Bu hal, şirkəti sənaye standartı olmağına bir addım daha yaxınlaşdırıb.

Maskın şirkətinin səhmləri aprelin sonundan demək olar ki, 60% bahalaşaraq, 2020-ci ildən bugünə ən güclü iki aylıq qazancını əldə etmək yolundadırlar.

"Rivian" "Tesla" ilə "Supercharger" elektrik avtomobillərində şirkətin şarj şəbəkəsindən istifadə etmək üçün müqavilə bağladıqdan sonra hər bir səhmin qiyməti 274.45$-a çatdı. Müqavilə ilə "Rivian" sürücüləri 2024-cü ildə 12 000-dən çox "Tesla" şarj alətinə giriş imkanını əldə edəcəklər.