AVTO

11 May

Hyundai yenilənmiş i20 hetçbekini təqdim edib - FOTO

Yenilənmiş Hyundai i20 hetçbekinin xarici görünüşündə bir sıra dəyişikliklər baş verib, lakin onların hamısı kosmetik xarakter daşıyır. Hetçbek başqa bamperləri, radiator barmaqlığını, 16 və 17 düymlük  təkər disklərini əldə edib. Kuzov boyası palitrasına üç yeni çalar daxildir: Lucid Lime Acid Metallic, Lumen Grey Pearl və Meta Blue Pearl. Üstəlik, Lucid Lime dekor rəngi indi salon üçün də təklif olunur.

Fins.az xəbər verir ki, Hyundai i20 hetçbekinin standart təchizatına 4,2-düymlük displeyi olan marşrut kompüteri və 10,25-düymlük ekranı olan media sistemi daxildir. Bundan başqa, hetçbek üçün 4G rabitəsi, “hava” üzərindən yeniləmə, USB-C portu, simsiz enerji doldurma sistemi, Apple CarPlay və Android Auto tətbiqlərinin dəstəyi bəyan edilib.

Restaylinq keçmiş hetçbeklərin istehsalı Türkiyədəki Hyundai zavodunda təşkil ediləcəkdir. Avtomobillərin yığılmasına bu ilin üçüncü rübündə start veriləcəkdir.