AVTO

01 May

Azərbaycanda “Kia Sportage”in ortalama qiyməti – CƏDVƏL

“Kia Sportage” avtomobilinin Azərbaycan bazarında 2012-2015-cı illərinin təxminən ortalama bazar qiyməti cəmi 28,082 manat təşkil edib.

Fins.az xəbər verir ki, “Kia Sportage”in 2011-ci il üzrə istehsalının təxminən ortalama qiyməti 25,840 manat, 2012-ci il üzrə 26,300, 2013-cü il üzrə 27,682 manat, 2014-cu il üzrə 29,407 manat və 2015-ci il üzrə isə 31,180 manat arasında dəyişib.

Qeyd edək ki, Cənubi Koreya istehsalı olan “Kia” markasının “Sportage” modeli 1991-ci ilin oktyabrında “Sephia” modeli ilə birlikdə ilk dəfə Tokio avtosalonunda təqdim olunub, 1996-cı ilin iyununda isə “Kia Sportage” avtomobili Böyük Səhra (Saxara) boyunca keçirilən "Şərq-Qərb" rallisində uğurla start götürüb. Beynəlxalq avtosalonlarda “Sportage”, “Sephia” və KEV-4 modelləri mütəxəssislərin əla rəylərini alıb.

Fuad Mədətov
Sirac Qayıbov
Fins.az