AVTO

25 Aprel

Azərbaycanda “Hyundai Santa Fe”nin ortalama qiyməti – CƏDVƏL - FOTO

“Hyundai Santa Fe” avtomobilinin Azərbaycan bazarında 2012-2016-cı illərinin təxminən ortalama bazar qiyməti cəmi 35,009 manat təşkil edib.

Fins.az xəbər verir ki, “Hyundai Santa Fe”nin 2012-ci il üzrə istehsalının təxminən ortalama qiyməti 31,080 manat, 2013-cü ildə 33,840 manat, 2014-cu ildə 35,180 manat, 2015-ci ildə 37,400 manat və 2016-cı ildə 37,542 manat arasında dəyişib.

Qeyd edək ki, Cənubi Koreyalı avtomobil istehsalçısı və polad sənayesində öndə gedən “Hyundai Motor Company” şirkətinin istehsal etdiyi yolsuzluq avtomobili “Santa Fe” modeli mükəmməl balanslı mövqeyi və yolda misilsiz yoldaşlığı ilə seçilir. Ailə avtomobili kimi istifadə olunan“Santa Fe”komfortlu və geniş salonu ilə sürücülərin sevimli avtomobillərindən hesab olunur.

Fuad Mədətov
Sirac Qayıbov
Fins.az