AVTO

19 Aprel

Azərbaycanda “Toyota Corolla”nın ortalama qiyməti – CƏDVƏL - FOTO

“Toyota Corolla” avtomobilinin Azərbaycan bazarında 2007-2011-ci illərinin təxminən ortalama bazar qiyməti cəmi 18,083 manat təşkil edib.

Fins.az xəbər verir ki, “Toyota Corolla”nın 2007-ci il üzrə istehsalının təxminən ortalama qiyməti 15,040 manat, 2008-ci ildə 16,560 manat, 2009-cu ildə 18,152 manat, 2010-cu ildə 19,420 manat və 2011-ci ildə 21,240 manat arasında dəyişib.

Qeyd edək ki, Yaponiyanın “Toyota” şirkətinin istehsal etdiyi kompakt (C seqment) sinif avtomobili 32 milyondan çox istehsal sayıyla dünyanın ən çox satılanlar sırasındadır. İstehsal olunmağa başlandığı 1966-cı ildən bu günə qədər 11 nəsildən ibarət olan avtomobil 2013-cü ildə 11-ci nəsil “Corolla” satışı başlanıb.

Fuad Mədətov
Sirac Qayıbov
Fins.az