AVTO

14 Aprel

Azərbaycanda “Porsche Cayenne”in ortalama qiyməti – CƏDVƏL

İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşən "Porsche" markalı avtomobilin “Cayenne” modelinin Azərbaycan bazarında 2015-2018-ci illərinin təxminən ortalama bazar qiyməti cəmi 118,105 manat təşkil edib.

Fins.az xəbər verir ki, “Porsche Cayenne”in 2015-ci il üzrə istehsalının təxminən ortalama qiyməti 100,742 manat, 2016-cı ildə 103,360 manat, 2017-ci ildə 101,150 manat və 2018-ci ildə 167,167 manat arasında dəyişib.

Qeyd edək ki, bir çoxlarının həyata keçirilməyən arzusu olaraq qalan “Porsche” şirkəti 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulub. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri də istehsal edir. Hazırda “Boxster”, “Cayman”, “Cayenne”, “Panamera” modellerini istehsal edir. Bir sözlə, bu avtomobil varlı insanlar üçün yaradılıb. “Cayenne” modeli sanballı və dəbdəbəli olmasıyla seçilir.

Fuad Mədətov
Sirac Qayıbov
Fins.az