AVTO

04 Aprel

Tesla Türkiyədə satışa başlayır

Tesla, təşkil etdiyi lansmanla Türkiyədə satışlara başlayacağını açıqlayıb.İlk olaraq Model Y avtomobili ilə Türkiyəyə daxil olacaq.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, ilkin sifarişlər aprelin 4-dən, çatdırılma isə may ayında həyata keçiriləcək.

Model Y-nin Teslanın Berlindəki obyektindən Türkiyə bazarına göndəriləcəyi bildirilir.

Tesla Model Y-nin Türkiyə bazarında üç fərqli versiyada satışa çıxarılacağı bildirilir. Arxa təkər ilə 455 km məsafə qət edən Standard Range versiyasının qiyməti 1 milyon 548 min 732 TL olaraq açıqlanıb. İki mühərrikli və dörd təkərli ötürücülü olan Model Long Range-in qiyməti 1 milyon 619 min 532 TL olaraq müəyyən edilib. Avtomobilin üst paketi olan Model Y Performans versiyası 1 milyon 778 min 821 TL-yə satılacaq. İkimühərrikli tam ötürücü sistemi olan Model Y Performance versiyasının diapazonu 514 km-dir.

Tesla Model Y avtomobilləri fabrikdə BTK tərəfindən təsdiq edilmiş SİM kartlarla internetə qoşula biləcək.

Zəminə Hüseyn
Fins.az