Azərbaycanda 2023-cü ilin yanvar-fevral ayları ərzində avtomobillərin icbari sığortası üzrə yığımlar 23 milyon 457 min manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 64.2% və ya 9,1 milyon manat çoxdur.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 17 milyon 206.3 min manat olub ki, bu da illik müqayisədə 30% və ya 3,9 milyon manat çoxdur.