Ford, 5,6 milyard dollarlıq investisiya ilə həyata keçirdiyi BlueOval City fabrikində elektrik yük maşınları istehsal edəcəyini açıqlayıb.
Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir ki, ildə 500 min elektrikli avtomobil istehsal gücünə malik olan fabrikdə çıxan ilk vasitə 2025-ci ildə Project T3 kod adlı yeni nəsil elektrik yük maşını olacaq.
Gələcək elektrikli avtomobil və akkumulyator istehsalının mərkəzi olan və 2026-cı ilin sonunda 2 milyon elektrikli avtomobil ili hədəfinin əsas komponenti olan BlueOval City-nin tikintisinə keçən payızda başlanılıb.
Zəminə Hüseyn
Fins.az