AVTO

10 Mart

"BMW"nin xalis mənfəəti 18 milyard avronu ötüb

Almaniyanın avtomobil istehsalçısı "BMW" ötən il 18,58 milyard avro xalis mənfəət əldə edib.

Fins.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin dərc etdiyi yekun hesabatda deyilir.

Hesabat dövründə avtomobil istehsalçısı gəlirini 28,2% artıraraq 142,61 milyard avroya çatdırıb. Şirkətin xalis gəliri illik müqayisədə isə 49,1% artıb.