AVTO

15 Dekabr

BŞH rəsmisi: Yeni “Formula-1” müqaviləsi ilə bağlı danışıqlar gedir

“Konsertlər bizim üçün də çox vacibdir, üzərində iş aparılır. Bizim çox maraqlı əyləncə zonamız olacaq. Düşünürəm ki, artıq yaxın zamanda sürprizləri sizinlə paylaşacağıq”.

Bu sözləri 2023-cü il “Formula-1” Azərbaycan Qran-prisinə bilet satışı ilə bağlı təşkil edilən mətbuat konfransında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) milli mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, iki il sonra Bakını “Formula-1” yarışına ev sahibliyinin sona çatmasından və yeni müqavilənin olub-olmayacağından da söz açıb:

“Hazırda müqavilə ilə bağlı danışıqlar gedir. Hansısa yenilik olarsa, ictimaiyyəti məlumatlandıracağıq”.