AVTO

14 Sentyabr

Azərbaycanda avtomobil istehsalı 11,1% artıb

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 1,389 min ədəd minik avtomobili istehsal edilib.

Bu barədə "Fins.az"-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 11,1% artıb.

Yanvarda 102, fevralda 3, martda 334, apreldə 271, mayda 229, iyunda 118, iyulda 153, avqustda 179 ədəd avtomobil istehsal edilib.

1 sentyabr 2022-ci il tarixinə anbarlarda 229 ədəd minik avtomobili var.