AVTO

14 İyul

Azərbaycanda Volkswagen Polo modeli rəsmi olaraq 37 min manata satılır

Azərbaycanda Volkswagen Polo Respect modeli kredtilə rəsmi olaraq 36 min 816 manata satılır.

Fins.az "Volkswagen Azerbaijan"a istinadən xəbər verir ki, salondan Polo modelinə sahib olmaq üçün 16 min 848 manat ilkin ödəniş etmək lazımdır.

48 ay da 416 manat ödəniş tələb olunur.

Bununla da avtomobilin dəyəri 36 816 manat təşkil olunur.

Qeyd edək ki, maşın bazarında sözügedən avtomobilin işlənmişi salondaki olan qiymətindən iki dəfədən çox aşağıdır. 

Belə ki, 2013-2018-ci ilə qədər olan ikinci əl Volkswagen Polo avtomobillərin orta hesabla qiyməti 15 min manatdır.