AVTO

02 İyul

Volkswagen Tiguan modeli belə satılacaq - FOTO

Volkswagen Tiguan krossoveri Urban Sport adlı yeni xüsusi versiyaya sahib olub. Xüsusi versiyadan olan krossoverlər Avropa və Rusiya bazarı üçün nəzərdə tutulublar. Ən maraqlısı odur ki, bu bazarlar üçün nəzərdə tutulan krossoverlər bənzər təchizata malik olsalar da, tamamilə fərqli mühərrik çeşidi ilə təklif ediləcəkdirlər.

Avropada Volkswagen Tiguan Urban Sport modeli 130 at qüvvəli 1,5-litrlik TSI turbomühərriki və 122 at qüvvəli 2,0-litrlik TDI turbodizeli, Rusiyada isə, 150 at qüvvəli 1,4-litrlik və 180 at qüvvəli 2,0-litrlik TSI turbomühərrikləri ilə sifariş etmək olar. Bizim bazarda məhz ikinci, Rusiya spesifikasiyasında olan krossoverlər satılacaqdır. 

Yeni versiyanın yeganə  texniki xüsusiyyəti R-Line versiyasından götürülmüş dəyişən ötürmə nisbəti olan sükan mexanizmidir. Tiguan Urban Sport modeli yalnız tam ötürməs sistemi ilə təklif olunur. Autograph.az