AVTO

21 İyun

Yeni maşın buraxılıb: Qiyməti 15 min dollar - FOTO

GAC konserni Trumpchi Empow modelinin ilk nüsxəsini keçən ilin noyabrında Quançjou avtosalonunda göstərmişdi, lakin modelin istehsala hazırlıq işləri bir qədər təxirə salınmışdı. İndi GAC Trumpchi Empow adlı sedan tamamilə istehsala hazırdır və yaxın günlərdə Çin bazarında debüt etməlidir.

GAC Trumpchi Empow sedanının qiyməti 15,300 dollardır. Lakin şirkət hələlik heç bir ixrac haqqqında məlumat yaymayıb.