AVTO

21 İyun

Yeni Mercedes modelinin görüntüləri yayılıb = FOTO

Bu günlərdə yeni nəsil Mercedes-AMG S 63 modelinin minimal kamuflyaja malik olan sınaq prototipi görüntülənib.

Bu modifikasiyanın hibrid qurğulu Mercedes-AMG S 73 e sedanından bir pillə aşağıda yerləşəcəyi və Porsche Panamera modeli ilə rəqabət aparacağı məlumdur.

AMG subbrendinin bütün avtomobilləri kimi, yeni Mercedes-AMG S 63 sedanı da aqressiv görünüşlü kuzov dəstinə malik olacaqdır. Kamuflyaj örtüyünə baxmayaraq, aerodinamik dəstin detalları aydın görünür: “bərkgedən” flaqman sedanı daha böyük ön splitterə, enli kandarlara, yeni diffuzora və buraxılış sisteminin iki cütlənmiş çıxış borusuna sahib olmalıdır.

Bundan başqa, Mercedes-AMG S 63 ən mütərəqqi dartmaya nəzarət sistemini də almalıdır. Yeni sistemin E 63 modelində olduğu kimi, Drift Mode rejiminə malik olacağı gözlənilir. Bir sözlə, “bərkgedən” flaqman sedanının sahib də driftdən həzz ala biləcəkdir.