AVTO

18 İyun

Opel yeni modelinin görüntülərini yayıb - FOTO

Opel şirkəti yaxın zamanlarda Astra modelinin yeni nəslini təqdim etməyə hazırlaşır. Məlum olduğu kimi, Opel modelləri Britaniyada Vauxhall markası altında buraxılırlar. Bu dəfə tizer kampaniyasına Vauxhall da qoşulub. Yeni Astra modeli ön hissənin firma Vizor dizaynını əldə edəcək və Stellantis ittifaqının EMP2 platformasına keçəcəkdir.

"AutoExpress" nəşrinin dizaynerləri casus şəkillərinə əsaslanaraq yeni hetçbekin renderini hazırlayıblar (baş şəkildə). Yeni Astra ailəsinə əvvəl olduğu kimi, hetçbek və Sports Tourer universalının daxil olacağı gözlənilir.

Xatırladaq ki, Vauxhall Astra modeli ənənəvi olaraq Britaniyanın Çeşir qraflığının Elsmir Port şəhərindəki zavodda istehsal edilir.