AVTO

10 İyun

BMW şirkəti X3/X4 ailəsini yeniləyib - FOTO

BMW şirkəti yenilənmiş X3 və X4 krossoverlərini, habelə onların “bərkgedən” M versiyalarını təqdim edib. Bu krossoverlərin əsas satış bazarı Çindir: istehsal olunan X3 və X4 modellərinin 45 faizindən çoxu Səma İmperiyasında satılır. Beləliklə, Çinin payı Avropa Birliyinin (20%) və ABŞ-ın (15%) payından bir neçə dəfə çoxdur!

Plan üzrə aparılmış yenilənmənin əsas leytmotivlərindən biri model çeşidinin ixtisara salınması və sadələşdirilməsi olub. Xoşbəxtlikdən söhbət mühərriklərdən getmir. Ancaq opsiyalar, onların birləşmələri və paketlər üçdə bir dəfə azaldılıb. Beləliklə, şirkət alıcılar üçün uyğun gələn avtomobili seçməyi nəinki sadələşdırıb, eyni zamanda logistika xərclərini də azaldıb. Qeyd etmək gərəkdir ki, X3/X4 krossoverlərinin baza təchizatı daha zəngin olub.