AVTO

09 İyun

Yeni nəsil Mercedes-Benz S-Class modeli testdən keçə bilməyib - VİDEO

İspaniyanın km.77 nəşrinin mütəxəssisləri yeni nəsil Mercedes-Benz S-Class sedanının dizel versiyasını sınaqdan keçiriblər. “Sığır testi” zamanı flaqman sedanı gərək olan yerdəyişmələri 77 km/saat sürəti ilə yerinə yetirə bilməyib.

Xatırladaq ki, bu sınağın əsas mahiyyəti qəflətən qarşıya çıxan maneədən qaçmaq üçün edilən ani yerdəyişmə zamanı avtomobilin dayanıqlılığının yoxlanılmasıdır. Buna başqa adla “Sığır testi” də deyirlər. «Uğursuzluq» dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Uğurlu nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 77 km/saat sürəti ilə keçməsi gərəkdi.

İyun ayının əvvəlində km.77 nəşri 2021-ci model ilinin Lexus LS 500h sedanının “sığır testini” keçirib. Yapon nümayəndəlik sedanı maneəni qüsursuz yalnız 71 km/saat sürətilə keçə bilib.