AVTO

08 İyun

Opel yenilənmiş Astra modelinin ilk görüntülərini yayıb - FOTO

Opel şirkəti yaxın zamanlarda Astra modelinin yeni nəslini təqdim etməyə hazırlaşır. Hələlik isə, alman istehsalçısı yeni modelin bəzi dizayn elementləri təsvir edilmiş ilk tizerlərini dərc edib. Autograph.az saytının verdiyi məlumata görə, yeni Astra modeli ön hissənin firma Vizor dizaynını əldə edəcək və alman markasının digər avtomobillərinin ardınca Stellantis ittifaqının EMP2 platformasına keçəcəkdir.

Xatırladaq ki, bu platforma Peugeot 3008 və DS 4 modellərinin əsasını təşkil edir. Yeni Astra ailəsinə əvvəl olduğu kimi, hetçbek və Sports Tourer universalının daxil olacağı gözlənilir.

Yeni nəsil Astra modelinin istehsalı Almaniyanın Rüsselshaym şəhərindəki Opel zavodunda təşkil ediləcəkdir. Alman istehsalçısı, 2019-cu ildə, bu zavodu EMP2 platformasında inşa edilən modellərin istehsalı üçün modernləşdirəcəyinə söz vermişdi.