AVTO

08 İyun

Avropada avtomobil trafiki pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

Avropanın 15 böyük şəhərində avtomobil trafiki demək olar ki, 2019-cu ilin səviyyəsinə çatıb.

Bu barədə avtomobillər üçün GPS naviqasiya cihazlarının tədarükçüsü olan Niderlandın "TomTom" şirkətinin açıqlamasında deyilir."TomTom"a görə, bu dövrdə Avropa şəhərlərində avtomobil trafiki 2019-cu ilin ortalamasından cəmi 0,4% aşağı olub. Müqayisə üçün: keçən ilin aprelində ilk lokdaunun ortasında trafik bu səviyyəyə nisbətən təxminən 70% azalmışdı, bir ay əvvəl isə 2019-cu ilin göstəricilərindən 15% aşağı idi. Avtomobil trafikindəki mövcud bərpa peyvəndlənmənin geniş yayılması, müxtəlif ölkələrdə məhdudlaşdırıcı tədbirlərin götürülməsi və s. əlaqədardır.