AVTO

27 May

Toyota yeni versiyaya sahib olub - FOTO

Toyota şirkəti Highlander modelinin Bronze Edition adlı “bürünc” versiyasını təqdim edib. Yeni modifikasiya yalnız Şimali Amerika bazarında satılacaqdır. Üstəlik, söhbət heç də top modifikasiyadan getmir: təchizat baxımından Bronze Edition versiyası modifikasiya çeşidinin ortasında - XLE və Limited təchizat səviyyələrinin arasında yer tutacaqdır.

"Bürünc" avtomobillər yalnız 2,5-litrlik atmosfer mühərriki və elektromekanik variatordan ibarət olan 246 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilirlər. Standart olaraq, hibrid ön ötürməlidirr, lakin əlavə ödəniş qarşılığında arxa oxda əlavə elektrik mühərrikini quraşdırmaq olar. Toyota Highlander Bronze Edition krossoverləri bu payız satışa çıxarılacaqlar.