ABŞ-ın avtomobil istehsalçısı “Ford Motor” elektrikli avtomobil istehsalına çəkdiyi xərcləri 36 % və ya 10,8 milyard ABŞ dolları artıraraq 30 milyard ABŞ dollara çatdıracaq.
Fins.az xəbər verir ki, şirkət 2030-cu ilə qədər istehsal etdiyi hər 10 avtomobilindən 4-nü elektrikliyə çevirməyi planlaşdırır.
Açıqlamada şirkətin bütün gəlirlərinin avtomobil satışından təmin edildiyi vahid əməliyyat əsaslı iş modelindən çıxmağı ilə 2023-cü ilə qədər şirkətin əməliyyat gəlirliliyini 8 % artıracağı gözlənilir.