AVTO

26 May

BMW M4 təqdim olunub - FOTO

Bu gün BMW şirkəti yeni nəsil M4 kabrioletini təqdim edib. Adi BMW 4 Series kabrioleti kimi, M4 Convertible modeli də sələfinin üçhissəli sərt tavanından 40% daha yüngül və nəzərəçarpacaq dərəcədə yığcam olan yumşaq damla təchiz edilir. Yumşaq damı 50 km/saat həddinə qədər olan sürətlərdə açıb-bağlamaq olar.

Açıq kuzovlu BMW M4 modelinin istehsalına cari ilin iyul ayında start veriləcəkdir. “Bərkgedən” kabrioletin Almaniyadakı satış qiyməti 98.500 avrodan başlayır.