AVTO

19 May

Gürcüstandan Azərbaycana bu il 10 mindən çox avtomobil gətirilib

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 69 918,1 min ABŞ dolları dəyərində 10 456 minik avtomobili ixrac edilib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun sayı illik ifadədə 2 270 vahid və ya 27,7% artıb, dəyəri isə 18 316,2 min dollar və ya 20,7% azalıb. Belə ki, 2020-ci ilin ilk dörd ayında Gürcüstan Azərbaycana 88 234,3 min dollar dəyərində 8 186 minik avtomobili ixrac edib.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 125 357,1 min dollar dəyərində avtomobil ixrac edilib ki, bu da illik ifadədə 10,7% azdır. Gürcüstanın cari ildə avtomobil ixracının 55,7%-i Azərbaycanın payına düşüb. Apa