AVTO

07 May

Infiniti-nin bu modeli yeni versiyada satılacaq - FOTO

İnişil buraxılmış Infiniti Q50 Signature Edition modeli yapon markasının 30 illik yubileyinə həsr edilmişdi.

ABŞ-da satılan xüsusi versiya bu il heç bir əlamətdar səbəb olmadan yenidən satışa çıxarılıb. Infiniti markasını yenilənmə gözlədiyini nəzərə alsaq, bu sedanın cari Infiniti Q50 modelinin vida versiyası kimi qəbul etmək olar.

ABŞ-da arxa ötürməli Q50 Signature Edition modeli üçün 48.200, tam ötürməli versiya üçün isə 50.200 dollar tələb olunur.